Magistrantımız Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə iştirak edib
20 Avqust 2024 22:58

Şərqşünaslıq fakültəsinin magistrantı Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə iştirak edib.
Avqustun 19-da gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Görüşdə nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və əldə etdikləri təcrübələr barədə fikir mübadiləsi aparıb.
Beynəlxalq əhəmiyyətli tədbirlərdə və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Gənclər arasında şərqşünaslıq fakültəsinin ərəb dili üzrə dilşünaslıq ixtisasının magistrantı Lalə Xəlilzadə olub.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36