"Konstitusiya və Suverenlik İli" adlı maarifləndirici tədbir keçirilib
10 Aprel 2025 11:47

"BDU könüllüləri" təşkilatının Şərqşünaslıq və Hüquq fakültəsinin könüllülərinin birgə əməkdaşlığı ilə "Konstitusiya və Suverenlik İli" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışını Şərqşünaslıq fakültəsinin fakültə sədri Teymur Əsədov edib. O, 2024-cü ilin Prezident tərəfindən "Konstitusiya və Suverenlik İli" elan olunmasının ölkəmiz üçün tarixi və hüquqi baxımdan əlamətdar hadisə olduğunu qeyd edib. Həmçinin çıxışında gənclərin hüquqi biliklərinin artırılmasının cəmiyyətin gələcəyi üçün vacibliyini xüsusi vurğulayıb.
Daha sonra "BDU könüllüləri" təşkilatının Layihələrlə iş üzrə departamentinin koordinatoru İsmət Bayramov və Hüquq fakültəsi üzrə sədri Ələm Nəbiyev çıxış edərək ölkəmizin əsas qanunu olan Konstitusiyanın yaranma tarixi, hüquqi bazası və əsas prinsipləri barədə geniş məlumat veriblər. Onlar Konstitusiyanın ölkənin suverenliyi və hüquqi sisteminin formalaşmasındakı rolu, vətəndaşların hüquq və azadlıqlarının təminat mexanizmləri, eyni zamanda onun gündəlik həyatda tətbiqi barədə də nümunələrlə müzakirə aparıblar.
Tədbir interaktiv müzakirə formatında davam edib və iştirakçılar tərəfindən verilən suallar ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36