“Klişe ifadələr (“kalıp sözler”) – nəzakət kateqoriyasının etnomental ifadə fərqliliyinin təzahürü kimi (türk mürəkkəb cümləsi kontekstində)”
29 Dekabr 2025 22:08

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında “Klişe ifadələr (“kalıp sözler”) – nəzakət kateqoriyasının etnomental ifadə fərqliliyinin təzahürü kimi (türk mürəkkəb cümləsi kontekstində)” mövzusunda elmi seminar keçirilmişdir. Məruzədə türk mürəkkəb cümləsi problemi ilə bağlı bir məqam araşdırılmışdır. Məruzəçi türk mürəkkəb cümləsinin nəzakət qaydaları tələbləri ilə öz ilkin sadə formatını “mürəkkəbləşdirmək” məcburiyyətində qaldığını vurğulamışdır. Yəni, eyni intensiya daha nəzakət, daha qeyri-impozitiv tərzdə ifadə edilir. Bu mənada türk mürəkkəb cümlə modellərini yapon və Koreya dillərindəki nəzakətlilik kateqoriyası ilə müqayisə etmək olar. Məlumdur ki, Keyqo sistemi həm leksik, həm də qrammatik səviyyədə təzahür tapır. Məruzəçi qeyd etmişdir ki, müəyyən məqamlarına görə, türk mürəkkəb cümlə modellərində sintaksis həll qazanan nəzakətlilik prinsipi Keyqo ilə ortaqlıq nümayiş etdirir.
Elmi seminar kafedranın professor-müəllim heyətinin mövzu ilə bağlı müzakirələri ilə davam etmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36