Kinq Sejonq İnstitutunun nümayəndələri fakültəmizdə
31 Oktyabr 2024 07:19
Koreya Respublikasının Kinq Sejonq İnstitutunun nümayəndələri Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində olublar.
BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəylinin iştirak etdiyi görüşdə fakültədə Koreya dilinin tədrisi, Kinq Sejonq İnstitutu ilə əməkdaşlığın perspektivləri müzakirə olunub. Koreya dilinin tədrisinin fakültədə yüksək səviyyədə aparıldığı, BDU-nun Koreya universitetləri ilə əlaqələrin yaradılmasına böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
İnstitutun nümayəndələri bu sahədə dəstək göstərməyə və yeni əməkdaşlıq formatlarına hazır olduqlarını bildiribər.
Daha sonra İnstitutun nümayəndəsi Choe Jang Ho fakültədə yerləşən Koreya dili otağındakı şəraitlə tanış olub.
Qeyd edək ki, Kinq Sejonq İnstitutu Koreya hökuməti tərəfindən 2005-ci ildə qurulub və dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərir. Cənubi Qafqazda ilk dəfə olaraq BDU-nun nəzdində Bakı King Sejonq İnstitutu İnstitut Fondunun qərarı ilə 2018-ci ildə təsis edilib. Əsas məqsədi Koreya dilinin, mədəniyyətinin tədris edilməsi və yayılması olan İnstitutun əməkdaşları koreyalı mütəxəssislərdir. Onlar eyni zamanda Şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatının tədrisi prosesinə də cəlb olunurlar.
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54