Növbəti elmi seminar keçirilib
Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müəllimi Şahin Yusifli "Farsdilli KİV-nin dil xüsusiyyətləri" adlı mövzu ilə məruzə edib. Tədqiqatçı KİV-də formalaşan əsas struktur modellər, mediada təkrarlanan feillər, mürəkkəb cümlə formaları, dildə yaranan özləşmə meyilləri, terminlərin unifikasiyası və digər mətləblər barədə söz açıb.
Məruzədə fars dilinin mediada formalaşan üslubu üzrə nümunələr əsasında izahlar verilib. Dildə gedən dəyişikliklərə toxunulub. Bu nümunələr arasında feillərin əvəzlənməsi, aralı formada istifadəsi, bəzi feillərin istiqamətinin dəyişməsi barədə müddəalar səsləndirilib. Qəzet-publisistik üslubun xarakterik cəhətləri, tələbərin qarşılaşmadığı formalar üzrə fikirlər söylənilib. Məruzə bitdikdən sonra, kafedra müəllimlərinin çıxışla əlaqədar fikir mübadiləsi aparılıb. Müxtəlif aspektlər üzrə fikirlər qeyd olunub, suallar cavablandırıldıqdan sonra dəyirmi masa sona çatdırılıb.