“İbn Sinanın irfanı risalələrinin Şərq və Qərb ədəbiyyatına təsiri”
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Elmi seminarın məruzəçisi Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının saathesabı müəllimi filologiya üzrə elmlər doktoru Aygün Əlizadə “İbn Sinanın irfanı risalələrinin Şərq və Qərb ədəbiyyatına təsiri” mövzusunda çıxış etmişdir. Məruzəçi Əbu Əli Sinanın beş risaləsi "Həyy bin Yəqzan", "Risaletut-teyr", "Səlaman və Əbsal", "Resaleye eşq" ve "İşarat və tənbihat" əsərinin sonuncu üc nəməti haqqinda bəhs etmişdir. “Risaletut teyr”in təsiri ilə 17, Həyy bin Yəqazanin təlsiri ilə qələmə alinmiş 8 əsərini şərh etmiş, eyni zamanda bu əsərin təsiri ilə yazilmiş Daniel Defonun "Robinzon Kruzo", Dantenin "İlahi komediya" əsəri haqqında maraqlı məlumatlar vermişdir. İbn Sinanın beş irfanı əsərinin təsirinin güclü olmasını əsərlərdən gətirdiyi faktlarla qeyd etmişdir.
Elmi seminar kafedranın proessor-müəllim heyəti və tələbələrin diskussiyaları ilə davam etmişdir.