Hüseyn Cavid gecəsi
Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş "Mənim Tanrım Gözəllikdir, sevgidir" adlı bədii yaradıcılıq günü keçirilmişdir. Şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisasının 3-cü kurs tələbəsi Həsənova Gülümün aparıcılığı ilə keçirilən tədbirdə ilk olaraq çıxış üçün Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndana söz verildi. Aydan Xəndan Hüseyn Cavidin poetik yaradıcılığı haqqında məlumat verdikdən sonra görkəmli ədibin "Mənim Tanrım" şeirini səsləndirdi. Sonra tədbirin qonağı, publisist, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan Hüseyn Cavidin tədqiqatçısı olan filologiya üzrə fəlsəfə doktoru Azər Turan çıxış üçün dəvət edildi. Publisist şair-dramaturqun ədəbi irsi, ictimai-siyasi fikirləri, xatirələri, fəaliyyət göstərdiyi dövr haqqında ətraflı məlumat verdi. Daha sonra Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Şəfəq Ağalarlı "Hüseyn Cavid dramaturgiyası" adlı məruzəsi ilə çıxış etdi. Sonda isə Regionşünaslıq (Koreya üzrə) ixtisasının 1-ci kurs tələbəsi Zeynalova Nərmin "İblis" pyesindən İblisin monoloqunu səsləndirdi. Tədbirdə Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova və dəyərli müəllim heyəti də iştirak edirdi.