“Heydər Əliyev; Xatirələrdə yaşayan Lider”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev; Xatirələrdə yaşayan Lider” adlı tədbir təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Açılış nitqində Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və milli-mənəvi dəyərlərin qorunmasındakı tarixi rolunu vurğulamışdır. Ardınca Orta Şərq dilləri kafedrasının dosenti Əsmətxanım Məmmədova Ulu Öndərin siyasi fəaliyyəti və xalqına göstərdiyi xidmətlər barədə çıxış etmişdir. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx təqdim olunmuş və tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Daha sonra Türk filologiyası kafedrasının baş müəllimi Güləhməd İmanov və Ərəb filologiyası kafedrasının dosenti Səbinə Mirzəyeva çıxış edərək Ulu Öndərin müasir Azərbaycanın qurucusu kimi tarixi əhəmiyyətini xüsusi qeyd etmişlər. Fakültə tələbəsi tərəfindən səsləndirilən Heydər Əliyevə həsr olunmuş şeir tədbirin mənəvi atmosferini daha da dərinləşdirmişdir. Sonda Ulu Öndərin Bakı Dövlət Universiteti haqqında söylədiyi fikirlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.