“Heydər Əliyev və beynəlxalq münasibətlər”
17 May 2023 12:39

ADU-nun İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzində Skandinaviya mərkəzinin, İndoneziya Araşdırmalar mərkəzinin və İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və beynəlxalq münasibətlər” adlı tədbir keçirilmişdir.
Tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (İsrail üzrə) ixtisası üzrə təhsil alan və hazırda mərkəzdə istehsalat təcrübəsi keçən IV kurs tələbələri də iştirak etmişdir.
“Heydər Əliyev dönəmində İsrail-Azərbaycan iqtisadi əlaqələri” haqqında çıxış edən Qəzənfər Şahin oğlu Sultanov İsrail ilə Azərbaycan arasında çox geniş iqtisadi-ticari əlaqələrin mövcud olduğunu, İsrailin Azərbaycan neftinin ən iri neft alıcılarından biri olduğunu diqqətə çatdırdı. Tələbə çıxışı zamanı Heydər Əliyevin dönəmində bir sıra məşhur İsrail şirkətləri ilə iqtisadi əlaqələrin qurulduğunu və iki ölkə arasında kənd təsərrüfatı və enerji sahəsində fəaliyyətin genişləndirildiyini qeyd etdi. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında həmçinin Bakı-Ceyhan neft kəmərinin xüsusi rolu və bu xətt ilə nəql ediləcək neftin birinci alıcısının İsrail dövlətinin olduğu vurğuladı. Tələbə Qəzənfər Sultanov 2021-ci ildə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliyin və eləcə də 2023-cü ildə Azərbaycanın rəsmi səfirliyinin açılmasının bu əlaqələrin daha da dərinləşməsinə zəmin yaratdığını dinləyicilərin diqqətinə çatdırmışdır.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36