Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin hamisi
Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi Tədqiqat Mərkəzində “Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin hamisidir” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçiləri mərkəzin aparıcı elmi işçi Yeganə Mirzəyeva “Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin hamisidir” mövzusu ilə bağlı təqdimat etmişdir. Məruzəçi əsas olaraq bildirmişdir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü il may ayının 10-dan etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. O, qeyd etmişdir ki, cəmiyyət həyatının bütün sferalarında çoxşaxəli proqramlar hazırlayaraq uğurla həyata keçirən Heydər Əliyev Fondu, insanları narahat edən problemlərin həlli yolunda lazımi tədbirləri həyata keçirməklə yanaşı, dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti ilə də mühüm nəticələrə imza atmışdır. Digər məruzəçi İslamşünaslıq ETM-in elmi işçisi Babayev bildirmişdir ki, ölkəmizin zəngin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Bu aktuallıq geostrateji mövqeyinə görə mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın dünyanın ən tolerant dövlətlərindən birinə çevrilməsi ilə şərtlənir. Ulu öndər Heydər Əliyevin ideyalarının davamçıçı, həmçinin onların gerçəkləşdirilməsinə çalışan Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycanın və dünyanın maddi-mənəvi irsinə böyük töhvələr verir, hazırda işğaldan azad edilən Qarabağımızda mədəni-dini irsimizin yenidən həyata, xalqa qaytarılması missiyasını uğurla davam etdirir. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin fəaliyyətindən, onların milli mənəvi dəyərlərimizə verdiyi töhvələrdən söhbət açan Ə.Babayev qeyd etdi ki, hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir və hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Tədbir ETM-nin əməkdaşlarının diskussiyalarla davam etmişdir.