Həmkarımız “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub
18 Dekabr 2024 07:02

Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, Milli Məclisin sədr müavini Rafael Hüseynov “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.
“Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib ki, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Milli Məclisin sədr mavini Rafael Hüseynov olub.
“Ümumilikdə Komissiya üzvləri tərəfindən 8 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikrilə Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov qalib elan olundu”.
“O, ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda da hər zaman Azərbaycan davası edib. Bu baxımdan o, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58