Pakistan İslam Respublikası səfirliyinin nümayəndəsi fakültəmizdə
6 Fevral 2025 10:53

Şərqşünaslıq fakültəsinin rəhbərliyi Pakistan İslam Respublikası səfirliyinin nümayəndəsi ilə görüş keçirib.
06 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin III katibi Hasnain Ərşad Şərqşünaslıq fakültəsində olub. Qonaq fakültənin dekanı Aydan Xəndan, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Mehdi Kazımov, dekan müavini Şahin Yusifli və urdu dili müəllimi Eldost İbrahimov olmaqla fakültə heyəti ilə görüşüb. Görüş əsnasında əməkdaşlıq məsələləri haqqında danışılıb. Pakistan otağının dizayn edilməsi və Pakistana xas olan əyani vəsait, o cümlədən urdu dilində kitablarla təmin edilməsi, urdu dili üzrə nitq müsabiqəsinin və Pakistan günlərinin keçirilməsi, Pakistanlı müəllimlərin dəvət olunması məsələləri ətrafında müzakirələr aparılıb. Urdu dili üzrə mütəxəssislərin yetişməsinə dəstək məqsədi ilə əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36