“Gələcəyin Bələdçiləri” mövzusunda görüş

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “BDU könüllüləri” Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının sədri Turlal Musayevin tələbələrlə “Gələcəyin Bələdçiləri” mövzusunda görüşü keçirilmişdir. Tural Musayev iştirakçılara turizm sahəsində uğur qazanmaq üçün tələb olunan əsas bacarıqlar, kommunikasiya qabiliyyətinin rolu, xarici dillərin önəmi və real iş təcrübəsinin əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Özünü inkişaf etdirmək və yeni peşə qazanmaq üçün nəzərdə tutulan təlimdə tələbələrin diqqətinə bələdçilik peşəsinin mahiyyəti, peşəkar bələdçi olmaq imkanları, həmçinin ölkədəki bələdçilik kurslarının fəaliyyəti haqda geniş məlumat çatdırılmışdır. Tədbir çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılmış, onların mövzu ilə bağlı fikirləri dinlənilmişdir