Film Günü
25 Oktyabr 2024 12:36

Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Film Günü" keçirilib.
Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 1-ci kurs tələbələrinin intellektual səviyyəsinin artırılması və mədəni biliklərinin genişləndirilməsi məqsədilə ”Zamanın dərinliklərində unudulmuş filmlər” adı altında "Film Günü" keçirilib. Film günündə klassik Azərbaycan filmlərindən qısa hissələr nümayiş olunub. Fraqmentlər əsasında filmlərdən suallar ünvanlanıb. Tələbələr komanda şəklində suallara cavab veriblər. Tədbir tələbələr arasında mehriban münasibətlərin yaranması və təşkilatlarda fəaliyyətin artırılması baxımdan faydalı olub.
Tədbirin sonunda qalib gələn komandoya TGT tərəfindən sertifikat təqdim olunub.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36