Feilin zaman formalarının ərəb ədəbi dilində təhlili
Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında elmi seminar keçirilmişdir. Məruzəçi "Ərəb filologiyası" kafedrasının doktorantı Şəkər Məlikova "Feilin zaman formalarının ərəb ədəbi dilində və Avropa dillərində müqayisəli təhlili" mövzusunda çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki, feil zamanları mövzusu istər ərəb ədəbi dilində, istərsə də Avropa dillərində mürəkkəb xarakter daşıyır. Həmçinin doktorant ərəb və hind-avropa dilləri ailəsinin german dillərinə daxil olan ingilis və alman dillərində zaman kateqoriyası məsələsinə toxunaraq, onların oxşar və fərqli cəhətlərini göstərmişdir.
Müzakirə əsnasında Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı doktoranta dissertasiya işi ilə bağlı qeydlərini bildirmişdir. Məruzə dinlənildikdən sonra movzuyla bağlı Şəkər Məlikovaya suallar verilmiş və mövzu ətrafında müzakirələr aparılmışdır.