Farsca mediada istifadə olunan işlək struktur kompleks və vahidlər
23 Dekabr 2024 22:54

Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında ”Farsca mediada istifadə olunan işlək struktur kompleks və vahidlər” mövzusunda növbəti elmi seminar keçirilib.
25 dekabr 2024-cü ildə tarixində Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Şahin Yusiflinin təqdimatında ”Farsca mediada istifadə olunan işlək struktur kompleks və vahidlər” mövzusunda seminar keçirilib. Seminar farsca müasir mediada yer alan işlək ənənəvi vahidlərin təhlilinə, tərkiblərin işlənmə vəziyyətlərinin təyini və publisistik üslubun əlamətləri nəzərə alınmaqla kompleks vahidlərin müşahidəsi məsələlərini əhatə edib. Mövzu üzrə bir çox misallar üzrə nümunələr göstərilib. Tərcümə modelləri təqdim olunub. Mövzu üzrə suallar səsləndirilib. Seminar müzakirələrlə davam edib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36