Fakültənin yubileyi ilə əlaqədar görüş keçirilib
16 May 2022 12:47

16 may 2022-ci il tarixində Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar "Məşhur şərqşünaslarla görüş" seriyası üzrə növbəti görüş keçirilib. Görüşün qonağı tanınmış türkoloq-alim, Türk filologiyası kafedrasının professoru, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov olub.
Fakültə ilə yollarını uzun illərdən bəri ayırmayan, bu elm məbədinə bağlılığı və xüsusi təəssübkeşliyi ilə seçilən professor, tələbə və müəllim həyəti qarşısında çıxış edib. Ə.Rəsulov həyatı, fakültədə təhsil illəri, fəaliyyət göstərdiyi sahələr barədə məlumat verib. Fakültə ilə əlaqədar xatirələrini bölüşüb. Eyni zamanda yeri gəldikcə ədəbi nümunələr və ədəbi əsərlərdən xülasələri tələbələrin diqqətinə çatdırıb.
Çıxışın ikinci hissəsində prof.Ə.Rəsulov rəhbərlik etdiyi Milli Arxiv İdarəsinin fəaliyyəti, arxiv işinin təşkili, müxtəlif arxivlərin xüsusiyyəti və təsnifatı, arxivin yaranma səbəbi, saxlanılma və digər məsələlər barədə geniş məlumat verib.
Çıxışın sonunda tələbələrə gələcək həyat və fəaliyyətlərində lazımlı olacaq məsləhətlər verilib. Fakültə kollektivinə təbrik ünvanlanıb.
Fakültənin dekanı, dos. Aydan Xəndan məşhur türkoloq-alim barədə, onun nəcib insani xüsusiyyətləri, Türk filologiyası sahəsində olan tədqiqatları haqqında fikirlərini bölüşüb. Əsgər müəllim kimi ziyalıların tələbələrə böyük dəstəkçi, gənc alimlərə mayak olması qeyd olunub.
Son XƏBƏRLƏR
08.05.2026 | 16:48
Şərqşünaslıq fakültəsində “Şəhərsalma və memarlıq ili” çərşivəsində elmi seminar keçirilib
07.05.2026 | 12:21
"Şərq Filologiyası Məsələləri" mövzusunda Respublika Elmi Konfransı
06.05.2026 | 14:07
Tarix, ideologiya və məkan: Şərq ölkələrində memarlığın formalaşması
04.05.2026 | 16:25
Müasir Azərbaycan və türk dillərində şəkilçilərin funksional tədqiqi”
01.05.2026 | 13:26