Fakültəmizin dekanı Asan İnnovativ İnkşaf mərkəzində

4 oktyabr 2025 ci il tarixində Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və fakültə əməkdaşları ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə süni zəka vörkşopunda iştirak etmişlər. Vörkşop müəllimlərin yeni texnologiyalarla tanış olması, tədrisdə süni zəkanın tətbiq imkanlarını öyrənməsi və təhsil prosesində innovativ yanaşmaları mənimsəməsi məqsədi daşıyıb.
Praktiki vörkşopda iştirakçılara süni zəkanın əsas prinsipləri, tədris prosesində istifadəsi, interaktiv dərslərin təşkili və şagirdlərin marağını artıracaq yeni alətlər barədə ətraflı məlumat təqdim olunub.
Tədbir boyu müəllimlər nəzəri biliklərlə yanaşı praktiki tapşırıqlarda da iştirak ediblər. Onlara süni zəka vasitəsilə dərs planı hazırlamaq, test sualları yaratmaq, təlim materiallarını fərdiləşdirmək və şagirdlərin öyrənmə sürətinə uyğun məzmun formalaşdırmaq kimi bacarıqlar nümayiş etdirilib.
Sonda hər bir iştirakçıya sertifikat təqdim edilib.