Fakültəmizdə “Şərq ülkəri” adlı ədəbi məclis yaradılıb
23 Dekabr 2025 16:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi şair Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamına əsasən Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi, Elmi Kitabxanası və Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Şərq ülkəri” adlı ədəbi məclis yaradılmışdır. Ədəbi məclisin açılış tədbiri Şərqşünaslıq fakültəsində keçirilmişdir.
Tədbiri açıq elan edən Elmi Kitabxananın baş biblioqrafı, “AMİN” İctimai Birliyinin sədri Məcid Heydərli (Seyyid Əsri) bildirmişdir ki, bu təşəbbüs Seyid Əzim Şirvaninin “Beytüs-Səfa” ədəbi məclisinin sədri olaraq gənc ədiblərin yetişdirilməsi istiqamətində apardığı fəaliyyətinin müasir dövrdə təzahürüdür. Məcid Heydərli “Şərq ülkəri”nin universitetlər tarixində ilk ədəbi məclis kimi fəaliyyətə başladığını vurğulamışdır.
Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Tərlan Məlikov çıxışında layihə çərçivəsində şair və nasir tələbələrin kitab təqdimatlarının keçirilməsinin gənclər üçün həvəsləndirici amil olacağını qeyd etmişdir. O, eyni zamanda bu layihənin bədii tərcümə sahəsində peşəkar mütəxəssislərin yetişməsinə töhfə verəcəyini bildirmişdir.
Fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə bu kimi bədii tədbirlərin elmi-pedaqoji heyətdə ruh yüksəkliyi yaratdığını diqqətə çatdırmış və Nazim Hikmət yaradıcılığından bir şeir nümunəsi səsləndirmişdir.
BDU Elmi Kitabxanasının direktor müavini Nuridə Miriyeva Elmi Kitabxana ilə “AMİN” İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirlərin daim böyük maraqla qarşılandığını bildirmişdir. O, “Şərq ülkəri” layihəsinin gənc tələbələrin kitabxana fondunda qorunan nadir nəşrlərə marağının artmasına müsbət təsir göstərəcəyini vurğulamışdır.
Tədbirdə Bakı Dövlət Universitetinin tələbələri Qüdrət Yusifli, Əsgər Babayev, Royal Səfərov, Aydan Əhdi, Selcan Təvvabi, İmran Səbri, Nofəl Arazi, Hüseyn Təhməzzadə və məzun Əkbər Türbəndəyevin əruz və heca vəznində yazdıqları şeirlər səsləndirilmişdir. Gənc yazarların klassik ədəbiyyatdan gələn təxəllüs ənənəsini davam etdirməsi iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.
Son XƏBƏRLƏR
26.01.2026 | 20:53
Şərqşünaslıq fakültəsində “Pakistan otağı”nın açılışı keçirilib
24.01.2026 | 20:55
Təhsil Millətin Gələcəyidir!
23.01.2026 | 16:37
BƏLAĞƏT AKADEMİYASI
22.01.2026 | 20:32
Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının əməkdaşı Pakistan İslam Respublikasının Lahor şəhərində elmi seminarda iştirak edib
16.01.2026 | 11:26