Fakültəmizdə “Dili öyrənirik” layihəsi
27 Dekabr 2023 08:12

Orta Şərq dilləri kafedrasının birinci kurslar üçün təşkil etdiyi “Dili öyrənirik” layihəsində qaliblər müəyyənləşib.
27 dekabr 2023-cü il tarixində Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə kafedraya aid olan bütün ixtisaslar üzrə “Dili öyrənirik” adlı müsabiqə keçirilib. Əvvəlcə kafedra müdiri prof. Mehdi Kazımov açılış nitqi ilə çıxış edərək, müsabiqənin məqsədləri, tələbələrinin hazırlıq prosesi və müsabiqənin qaydaları barədə məlumat verib. Müsabiqədə Pakistan, İran, Çin (ikinci ixtisas dili kimi) üzrə regionşünaslıq, Tərcümə(fars dili) və Filologiya( fars dili və ədəbiyyatı) ixtisasları üzrə birinci kurs tələbələri qrup şəklində iştirak ediblər. Fars və urdu dillərində dialoqlar, şeirlər, mahnılar, habelə təqdimatlar nümayiş olunub. Ən yaxşı çıxış, ifa və səsləndirmələrə görə juri tərəfindən qiymətləndirmə aparılıb. Üç yer üzrə qaliblər müəyyənləşdirilib. Nəticələrə uyğun olaraq, Filologiya ixtisasının tələbələri birinci, Tərcümə ixtisası ikinci, Pakistan üzrə regionşünaslıq ixtisası üçüncü yerə layiq görülüb. İkinci ixtisas dili kimi çıxış edən Çin üzrə regionşünaslıq qrupu həvəsləndirici mükafata yiyələnib. Dekan, dos. Aydan Xəndan tələbələrin ilkin dil bacarıqlarını alqışlayaraq, təbrik edib. Öz ixtisasları üzrə daha çox əzmlə çalışmağa çağırıb. Müəllimlər çıxış edərək tələbələri təbrik ediblər. Qalib qruplara sertifikat və hədiyyə təqdim olunub. Müsabiqə dili öyrənmək baxımından tələbələr tərəfindən maraqla qarşılanıb.
Son XƏBƏRLƏR
08.05.2026 | 16:48
Şərqşünaslıq fakültəsində “Şəhərsalma və memarlıq ili” çərşivəsində elmi seminar keçirilib
07.05.2026 | 12:21
"Şərq Filologiyası Məsələləri" mövzusunda Respublika Elmi Konfransı
06.05.2026 | 14:07
Tarix, ideologiya və məkan: Şərq ölkələrində memarlığın formalaşması
04.05.2026 | 16:25
Müasir Azərbaycan və türk dillərində şəkilçilərin funksional tədqiqi”
01.05.2026 | 13:26