Fakültəmizdə “Beynəlxalq Çin dili Günü”nə həsr olunmuş tədbir keçirilib
21 Aprel 2025 22:06

Şərqşünaslıq fakültəsində “Beynəlxalq Çin dili Günü”nə həsr olunmuş tədbir keçirilib.
18 aprel 2025-ci il tarixində Şərqşünaslıq fakültəsində BDU-nun Konfutsi Mərkəzinin təşkilatçılığı və tələbələrin iştirakı ilə “Beynəlxalq Çin dili Günü” qeyd olunub. Tədbir Çin mədəniyyətinə aid olan xüsusi rəqs ilə start götürüb. Ənənəvi Çin rəqsi ifa olunduqdan sonra, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Konfutsi Mərkəzinin rəhbəri tədbir barədə, o cümlədən Şərqşünaslıq fakültəsində Çin dilininin tədrisi, mərkəzlə olan əlaqələlər, perspektivdə olan istiqamətlər barədə məlumat veriblər. Gün münasibətilə tələbələrə təbriklər çatdırılıb. Günün əhəmiyyəti ilə bağlı olaraq tələbələr məlumat veriblər. Bundan sonra Çin mədəniyyəti yarmarkası öz işinə başlayıb. Çin kalliqrafiyası, oyunlar, rəssamlıq kimi fəaliyyət növləri üzrə əyani işlər icra olunaraq, nümayiş olunub. Tələbələr mədəni nümunələrlə tanış olduqdan sonra, xatirə şəkilləri çəkilib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36