Fakültədə elmi seminar
Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında “Çin dilində zaman kateqoriyası” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi kafedranın çin dili müəllimi Fiqarova Ləman dilçilikdə zamansız dil olaraq - keçmiş, indi, gələcək və s. zamanın qrammatik kateqoriyalarına malik olmayan dil olduğundan və belə dillərin zaman anlayışını bildirən sözlərlə (dünən, bu gün, bir il əvvəl) zərflər, feillər, tərz kombinasiyası və modallıq bildirən sözlərlə ifadə edilirməsi haqqında məlumat vermişdir. Buna misal olaraq Çin-Tibet ailəsinə mənsub olan Çin dilini nümunə gətirmişdir. Məruzəçi Çin dilində zaman (vaxt) rus və ya ingilis dillərində olduğu kimi feili dəyişdirməklə deyil, kontekst, cümlə strukturu və ya hər hansı əlavə sözlərin köməyi ilə ifadə edilməsindən, xüsusən də konkret zamana aid olan sözlərdən (dünən 昨天, indi 现在, sabah 明天, sabahdan sonra 后天 və s.)bəhs etmişdir. Rus dilinin qrammatik göstəricinin sözlə birləşməsi ilə səciyyələnən sintetik dil olduğu halda, Çin dilinin analitik dil olduğunu, bunun da öz növbəsində qrammatik mənanın ön söz, bağlayıcı, köməkçi sözlərin köməyi ilə ifadə olunduğunu göstərdiyini vurğulamışdır. Elmi seminar müəllim və magistrların müzakirələri ilə davam etmişdir.