Fakültədə dəyirmi masa
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Pakistan üzrə Regionşünaslıq ixtisası və Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətilər və regionşünaslıq fakultəsinin Pakistanşünaslıq ixtisasında təhsil alan I kurs tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbir "Azərbaycan-Pakistan əlaqələrinin inkişafında urdu dilinin rolu"na həsr olunmuşdur. Tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov çıxış edərək, urdu dilinin tədrisi metodikasından, Azərbaycan-Pakistan əlaqələrindən, hal-hazırda iki dövlət arasında dostluq əlaqələrinin genişlənərək iqtisadiyyat, tibb, turizm, mədəniyyət, təhsil və s. kimi bütün sahələri əhatə etməsi barədə məlumat verib. İki universitet arasında keçirilən bu cür dəyirmi masaların gələcəkdə elm və təcrübə sahəsində universitetlərarası əlaqələrin daha çox inkişafına zəmin yaradacağı vurğulanıb. Şərqşünaslıq fakültəsinin Pakistan üzrə Regionşünaslıq ixtisasının tələbələri urdu dilində şeirlər səsləndiriblər.