Fakültə Həmkarlar İttifaqı Komitəsinə sədr seçilib
2 Mart 2024 23:24

Şərqşünaslıq fakültəsində fakültə Həmkarlar İttifaqı Komitəsinə sədr seçilib.
29 fevral 2024-cü il tarixində Şərqşünaslıq fakültəsində Həmkarlar İttifaqı Komitəsinin fakütlə üzrə sədrinin hesabat iclası keçirilib. İclasda universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabbarov, üzvlər prof. Məcnun Babayev, prof. Alış Qasımov və şərqşünaslıq fakültəsinin əməkdaşları iştirak ediblər.
Hesabat iclasını fakültənin dekanı, dos. Aydan Xəndan açaraq hesabat iclasının gündəliyi ilə fakültə əməkdaşlarını tanış edib. Fakültə həmkarlar təşkilatının sədri, dos. Mehman Tarverdiyev 5 illik hesabat ilə çıxış edib. Hesabat səsə qoyulub və yekdilliklə qəbul edilib.
İclasda fakültə həmkarlar təşkilatına 4 nəfərdən ibarət yeni heyət üzvləri seçilib, səsə qoyularaq yekdilliklə qəbul edilib. Yeni heyət üzvləri Mehman Tarverdiyevin yenidən sədr seçilməsinə yekdilliklə razılıq veriblər.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58