Əruz Şərq şeirinin tərkib hissəsi kimi
Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında kafedranın saathesabı müəllimi, filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Əruz Şərq şeirinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçirilmişdir. Mühazirədə Tərlan Quliyev əruz elmindən bəhs etmiş, ərəb əruzunun xüsusiyyətlərindən danışmış, əruz elminin qədim köklərə malik olduğunu vurğulamışdır. Məruzəçi qeyd etmişdir ki, əruz elmi hələ 767-ci ildə böyük Ərəb filoloqu Xəlil ibn Əhməd tərəfindən yaradılmış və o zamana qədər dünya filologiya elmində vəzn haqqında belə bir nəzəri təlimin olmadığını söyləmişdir. Əruzun vəzn haqqında belə unikal nəzəriyyə olması onun əsrlər boyu öyrənilməsinə səbəb olmuşdur. T.Quliyev öz nitqində dediyi nəzəri fikirlərə ərəb, fars və Azərbaycan poeziyasından müxtəlif nümunələr misal gətirmişdir. Ustad dərsi müəllimlər və tələbələr tərəfindən maraqla qarşılanmışdır.