Aida Qasımovanın elmi seminarı keçirilib
Şərqşünaslıq fakültəsində ”İslamın yarandığı dövrdə Ərəb yarımadasının dini mənzərəsi” mövzusunda elmi seminar keçirilmişdir. Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova İslamın yarandığı dövrdə Ərəbistan yarımadasında dini təsəvvürlərin üç əsas istiqamətdə yayıldığını göstərdi: monoteist düşüncə, dualizm və politeizm. Monoteizmin xristianlıq, yəhudilik, həniflik və sabilik şəklində təzahürünü vurğulayan məruzəçi Ərəbistan yarımadasındakı spesifik xüsusiyyətlərini və hakim ideologiyaya çevrilə bilməsinin səbəblərini açıqladı. Mühazirədə ərəblərin odla bağlı inanc və etiqadları iki müstəvidə - sırf ərəb adətləri və zərdüştlik dini ilə bağlı etiqad sistemi olaraq açıqlandı. Mühazirədə islamın yarandığı ərəfədə politeizmin böhran içərisində olması xüsusi vurğulandı.
Məruzə müəllim və tələbələrin diskussiyaları ilə davam etdi.