Ərəb leksikoqrafiya məktəbləri
23 Aprel 2024 22:00

Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətovun təqdimatı ilə “Ərəb leksikoqrafiya məktəbləri” mövzusunda ustad dərs keçirilmişdir. Tədbir ərəb leksikoqrafiya məktəbləri, onların fərqli və səciyyəvi xüsusiyyətləri mövzusuna həsr edilmişdir. Məruzəçi ərəb izahlı lüğətlərinin formalaşması dövrü, izahlı lüğətlərə qədərki yaranma mərhələsi, həmçinin lüğətlərin keçdiyi tarixi inkişaf xətti barədə məlumat verərək ərəb filologiyası tarixində qələmə alınmış lüğətlər barədə ətraflı şəkildə danışmış, orta əsr mənbələri əsasında apardığı təhlillər vasitəsilə əldə olunan məntiqi nəticələri auditoriyanın diqqətinə çatdırmışdır.
Məruzəçi ərəb leksikoqrafiya tarixini təhlil edərkən izahlı ərəb lüğətlərini tərtibat prinsiplərinə görə müxtəlif qruplara ayırmağın mümkün olduğu nəticəsinə gəlmişdir. Tədqiqatçı eyni zamanda vurğulamışdır ki, hər bir qrupa aid olan çoxsaylı leksikoqrafik əsərlər olduğu üçün bu qrupları başqa sözlə, leksikoqrafik məktəblər də adlandırmaq olar. Daha sonra məruzəçi dörd məktəb haqqında ətraflı şəkildə təqdimatla çıxış etmişdir. Məruzə tədbir iştirakçılarının marağına səbəb olmuş, diskussiyalarla davam etmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36