Ərəb ədəbi dilində sözdüzəltmə üsulları

17 mart 2026 -ci il saat 12.00- da Ərəb filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gülnur Mahmudun "Ərəb ədəbi dilində sözdüzəltmə üsulları" mövzusunda elmi seminarı baş tutacaqdır. Ərəb dilində söz yaradıçılığında الاشتقاق - iştiqaq -törəmə (etimologiya), - التوليد - yeni söz yaratma – neologizmlər, - المجاز الدلالي - semantik genişlənmə (sözün formaca dəyişməyərək mənasının genişlənməsi), نحت - nəht – söz birləşmələri və ya cümlələrin qısalma və ya birləşmə üsulu, التعريب - ərəbləşmə və ya ərəbləşdirmə (başqa dillərdən söz əxz olunması və onun ərəb fonetikasına uyğunlaşdırılması, habelə ənənəvi dilçilikdə sözyaratmanın əsas üsullarında olan iştiqaqın növləri الاشتقاق الصغير – eyni kökdən, əsasən eyni məzmunlu törəmələr, الاشتقاق الكبير – sözdaxili yaxın məxrəcli səslərin yer dəyişməsi ilə yaranan sözlər, الاشتقاق الأكبر / الإبدال – hərflərin sözdaxili transpozisiyası, الاشتقاق الكبار /نحت – söz birləşmələri və ya cümlələrin qısaldılması, bəzən birləşdirilməsi yolu ilə əvəzlənmə kimi məsələlərdən bəhs olunacaqdır. Fakültənin müəllim və tələbə heyəti dəvətlidir.