Ərəb ədəbi dilində feilin təsnifi və təsrifi

Ərəb filologiyası kafedrasının müdiri professor Vüqar Qaradağlının "Ərəb ədəbi dilində feilin təsnifi və təsrifi" adlı dərs vəsaiti nəşr edilmişdir. Kitabda ərəb dili feillərinin kök samitlərinin sayı və xüsusiyyətlərinə, həmçinin formalarına görə təsnifi verilir. 380 cədvəldə üç və dörd kök samitli qaydalı və fonetik dəyişikliklərlə təsriflənən qaydasız ərəb feilləri təqdim edilir. Təsrif cədvəllərində feillər sadə və düzəltmə, keçmiş və indiki-gələcək zaman, əmr, (yüngül və ağır) təkid formalarında, mövcud bablarda, məlum və məchul növlərdə, xəbər, arzu, şərt şəkillərdə öz əksini tapır. Cədvəllərə feillərin kök samitləri, onlardan düzələn fail, məful, məsdər daxil edilir, feilin tərcüməsi və modellərin transkripsiyaları da əlavə edilir.
Dərs vəsaiti bakalavriat təhsil səviyyəsinin tələbələrinə hesablanmışdır. Vəsaitdən ali məktəb müəllimləri, elmi işçilər, dissertant və doktorantlar istifadə edə bilərlər.