Ərəb dili üzrə nitq müsabiqəsi
19 Aprel 2023 08:44

Şərqşünaslıq fakültəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ərəb dili üzrə nitq müsabiqəsi keçirilib.
18 aprel 2023-cü il tarixində Şərqşünaslıq fakültəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ərəb dili üzrə nitq müsabiqəsi keçirilib. Müsabiqə fakültə könüllüləri və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatı dəstəyi ilə baş tutub. Nitq müsabiqəsində fakültənin ərəb dili üzrə tərcümə, filologiya və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri iştirak ediblər. Ulu öndər Heydər Əliyev və Azərbaycançılıqla bağlı mövzular üzrə ərəbcə nitqlər dinlənilib. Ərəb filologiyası kafedrasının professor-müəllim heyətindən təşkil olunmuş müsabiqə komitəsi çıxışları 10 ballıq qiymətləndirmə sistemi üzrə qiymətləndirmiş, sonda 6 juri üzvününün qiymətlərinin ədədi ortası nəticəsində qaliblər müəyyən edilmişdir. Müsabiqə ilə bağlı prof. Nəsrulla Məmmədov, kafedra müdiri, dos. Vüqar Qaradağlı çıxış edərək, müsabiqənin əhəmiyyətindən söz açmış, dil üzrə təkmilləşmə ilə bağlı əsas məqamları iştirakçıların nəzərinə çatdırıblar. Nəticələr açıqlamamışdan əvvəl dekan, dos. Aydan Xəndan tələbələrə ixtisaslı kadr olmaq üçün, habelə ərəb dili üzrə mütəxəssis kimi yetişmək yolunda daim səy göstərməyi məsləhət bilmiş, bütün iştirakçılara uğurlar arzulamışdır. Müsabiqənin nəticəsinə əsasən, Simuzər Məmmədzadə birinci yerə, Zeynəb Atamalıyeva ikinci yerə, Sahib İbayev üçüncü yerə layiq görülmüş, kubok, medal və sertifikatla mükafatlanmışlar. Sonda xatirə şəkilləri çəkilmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36