Əməkdaşlarımız Bakı Kitab Mərkəzində
21 Sentyabr 2024 12:26

Şərqşünaslıq fakültəsinin dekanı və əməkdaşlar “A grammar of contemporary Azerbaijani” adlı dərs vəsaitinin təqdimatında iştirak edib.
Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Kitabın müəllifləri Azərbaycan Dillər Universitetinin Beynəxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova və Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Səbinə Əliyevadır. Kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilib. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. Qonaqlar içərisində BDU-nun rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, akademik Rafael Hüseynov və Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva yer alıblar. Akademik Rafael Hüseynov çıxış edərək, Azərbaycan dilinin inkişaf tarixi, nəzərdə tutulan kitabın əhəmiyyəti, müəlliflərin işi barədə fikirlərini ifadə etmişdir. Yüksək səviyyəli vəsait ərsəyə gətirdiklərinə görə müəlliflərə təbrik ünvanlanmış, bu cür dərsliklərin Azərbaycan dili öyrənənlər üçün nə qədər vacib olduğu, Dövlət Suverenliyi Günü ilə eyni gündə işıq üzü görməsinün özlüyündə dərin məna daşıdığını vurğulanmışdır.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58