Əməkdaşımızın kitabı Pakistanda nəşr olunub
6 May 2023 11:09

BDU-nun Şərqşünaslıq fakültəsinin müəlliminin Pakistanda kitabı nəşr olunub.
Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimovun "Onun 100 kəlamı" adlı kitabı Pakistanın İslamabad şəhərində çapdan çıxıb.
Kitabda Ulu Öndər Heydər Əliyevin xidmətlərini, onun Azərbaycanda elm və təhsilin, maarifçiliyin inkişafında, milli ideologiyanın formalaşdırılmasında, dini-mənəvi dəyərlərin, vətənpərpərlik və ordu quruculuğu istiqamətində misilsiz fəaliyyətini, o cümlədən ümumi fəlsəfi fikirlərini əks etdirən müdrik kəlamları Azərbaycan və urdu dillərində təqdim olunub.
Azərbaycanlı və pakistanlı oxucularla yanaşı, dünyada urdu dilində danışan yarım milyarddan çox oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr edilib.
Kitabın hər səhifəsində Ulu Öndərin bir fəlsəfi fikri öz məzmununa uyğun şəkil ilə təsvir olunub.
Qeyd edək ki, nəşrin baş redaktoru Pakistanın tanınmış jurnalisti, "Daily Orient Express" qəzetinin baş redaktoru Qasim Mahmud Haşimidir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36