Əməkdaşımız beynəlxalq konfransda
28-30 mart 2023-cü ildə Almaniyanın Frankfurt şəhərində keçirilən “VII Beynəlxalq Avropa Disiplinlərarası Elmi Araşdırmalar Konfransı”na “Çoxvariantlı omofonları” adlı məruzə ilə qatılan Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova məruzəsində tədqiq etdiyi dilin öyrənilməsində və tədrisində bir çox çətinliklərin yaranmasına səbəb olan omofonlar haqqında geniş məlumat verərək, onların mənşəyi, nitqdə işlənmə tezliyi, yaratdığı çətinliklər, ifadə və fikrin təhrifindəki rolundan bəhs edib. Omofonları 8 qrup əsasında tədqiq edən dilçi alim çıxışında daha çox araşdırmadan kənarda qalan çoxvariantlı omofonlara fokuslanıb. Mülahizələrin slaydlardakı əyani nümunələrlə təqdimi konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.