“Elm günü”nə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Elm günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 9-da Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzaladığını vurğulamışdır. N.İsmayılzadə cənab İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında elmin inkişafına xüsusi əhəmiyyət verməsinin dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirmişdir. Dekan müavini fakültənin kafedraları üzrə professor-müəllim heyətinin 2023-cü il üzrə elmi fəaliyyətləri haqqında məlumat vermişdir. Daha sonra Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinin, doktorantlarının, magistrantlarının 2023-cü ildə əldə etdikləri elmi nailiyyət və uğurlarını dilə gətirmişdir. Fakültədə mütəmadi olaraq elmi-praktik konfransların, ustad dərslərin, seminarların keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov, Uzaq Şərq dilləri və ədəbiyyatı kiafedrasının müdiri, professor Oqtay Cəllbəyli çıxışlarında kafedra əməkdaşlarının birillik elmi fəaliyyətlərini işıqlaqdırmışlar. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova öz çıxışında “Elm günü”nün əhəmiyyətini vurğulayaraq tələbə və magistrantlara öz tövsiyyələrini bildirmişdir. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Adil Yəhyayev çıxışında tələbələrə təhsillərinə məsuliyyət və səylə yanaşmağın əhəmiyyətli olduğunu bildirmişdir. Türk filologiyası kafedrasının doktorantı, dosent Bənövşə Hacıyeva elmi fəaliyyətinin iştirak etdiyi seminarlarda, konfranslarda əks olunduğunu qeyd etmişdir. Fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri, Filologiya türk dili və ədəbiyyatı ixtisasının II kurs tələbəsi Aygün Əhmədova tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsində TEC-in vəzifələırindən və qarşıda duran planlarından danışmışdır. Şərqşünaslıq fakültəsinin Filologiya İxtisasının Dilşünaslıq ərəb dili üxzrə ixtisaslaşmasının II kurs magistrantı Əsmər Zeynalova magistr pilləsində təhsil aldığı müddətdə tədqiq etdiyi mövzunun təqdimatını və elmi əhəmiyyətini vurğulayaraq magistrantların əldə etdikləri və topladıqları bilik və təcrübələri haqqında məlumat vermişdir. Tədbir diskussiyalarla davam etmişdir.