Həmkarımız beynəlxalq konfransda
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq Dilləri və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova 22-23 may 2023-cü ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən, 20-dən çox xarici ölkə alim və tədqiqatçıların qatıldığı “Əlişir Nəvai Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransı”nda “Əlişir Nəvainin “Mühakimətül-lüğəteyn” əsəri” adlı məruzə ilə çıxış etmişdir. Bədii irs nümunələrini dövrün tələblərinə uyğun fars və ərəb dillərində qələmə alan şairlərə qarşı çıxaraq türk dillərinin əcnəbi dillərin kölgəsində qalmasına kəskin etirazını bildirən dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin çoxşaxəli yaradıcılığından söz açan məruzəçi şairin “Mühakimətül-lüğəteyn” əsərinin də türk dillərinin yaradıcılıq imkanlarının sonsuzluğunun göstəricisi, təsdiqi olduğunu dinləyicilərin nəzərinə çatdırmışdır. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.