Əbədi müstəqilliyimizdən, tarixi zəfərə
27 May 2024 22:40

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Əbədi müstəqilliyimizdən, tarixi zəfərə” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış nitqi üçün söz Azərbaycan Tarixi kafedrasının müdiri Azad Rzayeva verilib. O Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında baş verən çətinliklər, ziyalıların bu yolda atdığı mühüm addımlar, quruculuq işləri və iyirmi üç aylıq dolğun fəaliyyət dövründən danışıb.
Daha sonra Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli AXC- nin yaradılmasında mühüm olan amillərdən, onun xarici siyasəti və qonşu dövlətlər tərəfindən tanınması yolunda atılan addımlardan danışıb.
Tədbirin bədii hissəsində Şərqşünaslıq fakültəsinin I kurs tələbələrinin Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənni üzrə müəllim Aytəkin Mirzəyevanın rəhbərliyi ilə hazırlanmış videoçarx təqdim edilib.
Şərqşünaslıq fakültəsinin tələbələri Rəhimzadə Səyyarə və Hüseynzadə Altay tərəfindən tarın müşayiəti ilə poetik nümunə səsləndirildi.
Sonda Müstəqillik Gününə həsr olunmuş növbəti videoçarx təqdim edildikdən sonra tədbir başa çatıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36