“East Conversation” (Şərq Ölkələri Danışıq Klubu) çərçivəsində ilk təlim keçirilib
22 Oktyabr 2025 15:00

Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “East Conversation” (Şərq Ölkələri Danışıq Klubu) çərçivəsində ilk təlim keçirilib.
Təlimdə klubun fəaliyyət istiqamətləri, planlaşdırılan layihələr və təlim proqramları haqqında ətraflı məlumat verilmiş, tələbələr öz maraqlarına uyğun suallar ünvanladılar və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşün ikinci hissəsində Ərəb dili kafedrasının müəllimi Səbinə Mirzəyeva ərəb əlifbasını izah edərək dilin əsas səsləri və yazılış qaydaları haqqında məlumat vermişdir. Daha sonra tələbələrə ərəb dilində gündəlik istifadə olunan sadə danışıq ifadələri öyrədilmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36