“East Conversation Club”unun növbəti təlimi
29 Aprel 2025 08:14

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “East Conversation Club” (Şərq Ölkələri Danışıq Klubu) çərçivəsində növbəti təlim həyata keçirilib.
Klubun növbəti təliminin açılışında fakültənin dekan müavini Şahin Yusifli də iştirak edib və klubun əvvəlki dövrlərdə fəaliyyətindən, tələbələrə bu cür təşəbbüslərin əhəmiyyətindən, dil bacarıqlarının inkişafında danışıq klublarının rolundan bəhs edib. Görüş çərçivəsində növbəti təlim sessiyası Ərəb filologiyası kafedrasının müəllimi Təranə Musayeva tərəfindən ərəbcə aparılıb. Təlim zamanı iştirakçı tələbələrə həmin dil üzrə əsas biliklər, gündəlik ünsiyyət bacarıqları və praktiki danışıq vərdişləri barədə ətraflı məlumat təqdim olunub. Təlim interaktiv formatda keçib, sonda iştirakçılar ərəbcə verilən suallara cavab verərək öyrəndikləri bilikləri tətbiq ediblər.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36