“East Conversation Club” çərçivəsində növbəti danışıq dərsi
8 May 2025 12:35

Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “East Conversation Club” (Şərq Ölkələri Danışıq Klubu) çərçivəsində növbəti danışıq dərsi keçirilib.
Danışıq dərsində Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli iştirak edərək, tələbələrin özünü təqdimetmə bacarıqları üzərində nümunələr təqdim edib. Ardınca tələbələr özlərini fars dilində təqdim ediblər. Qrammatik səhvlər üzərində iş aparılıb. Effektiv və işlək formalar diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin fars dilində sözlərin çoxmənalılığı, onların müxtəlif kontekstlərdə necə istifadə olunması, paralellər barədə ətraflı məlumat verilib. Tələbələrin fəal iştirakı ilə farsca bir şeirin təhlili aparılıb və dil qəlibləri müzakirə edilib.
Görüş sual-cavab formatında davam etdirilib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36