“Dil öyrənməyin ən uğurlu metodları”

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarova tərəfindən “Dil öyrənməyin ən uğurlu metodları” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı tələbələrə dil öyrənmənin yalnız istedaddan deyil, əsasən düzgün metodoloji yanaşmadan asılı olduğu vurğulanmış, sistemli fəaliyyətin, müntəzəm təkrarın və effektiv strategiyaların rolu ətraflı izah edilmişdir. Qeyd edilmişdir ki, dil öyrənilməsi təkcə söz və qaydaların əzbərlənməsi deyil, eyni zamanda yeni düşüncə modelinin formalaşması və fərqli mədəni mühitə inteqrasiya prosesidir. Təlimdə tələbələrə dilin gündəlik həyata inteqrasiyasının vacibliyi, hər gün kiçik addımlarla irəliləməyin mümkünlüyü və çoxşaxəli öyrənmə üsullarından istifadənin effektivliyi xüsusi vurğulanmışdır. Təlimin sonunda sual-cavab sessiyası keçirilmiş və iştirakçıların sualları cavablandırılmışdır.