“Dəmir yumruqla yazılan zəfər” adlı təqdimat
11 Dekabr 2024 23:17

Şərqşünaslıq fakültəsində “Dəmir yumruqla yazılan zəfər” adlı təqdimat keçirilib.
10 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Dəmir yumruqla yazilan zəfər” adlı təqdimat keçirilib.
Tədbirdə fakültə rəhbərliyi və tələbələr iştirak ediblər. İlk olaraq dövlət himni səsləndirildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekan müavini Şahin Yusifli Vətən müharibəsinin nəticələri, Dəmir yumruq əməliyyatı, müharibə dövründə fakültə tələbə və müəllim heyətinin informasiya məkanında fəaliyyəti barədə məlumat verib. Sonra işğaldan azad olunmuş ərazilər haqqında videoçarx nümayiş olundu. “Dəmir yumruq” əməliyyatından danışıldı. Tədbirin digər hissəsində “Dəmir yumruq” başlığı altında hazırlanmış xüsusi videoçarx nümayiş etdirildi. Bu videoçarx Azərbaycanın gücünü, əzmini və düşmənə qarşı qətiyyətini simvolik şəkildə ifadə edərək, tələbələr üçün tarixi məlumatları xatırlatmaq baxımdan səmərəli oldu. Tədbir qələbə tariximizlə bağlı çıxışla davam etdi.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58