Daşkənd Dövlət Universitetinin professoru Şərqşünaslıq fakültəsinin müəllim və tələbələri üçün onlayn mühazirə oxuyub
16 noyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Müasir ərəb ədəbi dilində alınma sözlər” mövzusunda ustad dərs keçirilmişdir. Tədbirin məruzəçisi Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası kafedrasının müdiri, professor Şamusarov Şarustam müasir ərəb dilində istifadə olunan alınma sözlərə dair problemə geniş bucaqdan şərh vermiş, öz yanaşma tədqiqat metodu haqqında ətraflı bəhs etmişdir. Məruzədən sonra BDU Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, dosent Vüqar Qaradağlı məruzəçi ilə sözügedən mövzuda maraqlı elmi polemikaya qoşulmuşlar. Tədbirin sonunda Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Beynəlxalq Reytinqlər üzrə şöbənin koordinatoru Nilufər İmomova bu kimi elmi disputların elmi müəssisələr arasında əlaqələrin yaranmasına xidmət etdiyini qeyd etmişlər. Tərəflərlər arasında razılığa gəlinmişdir ki, kafedralarda aparılan elmi istiqamətlərlə tanış olma, həm elmi, həm də şəxsi əlaqələrin daha da sıx olması naminə ildə dörd dəfə olmaqla yaranmış ənənə davam etsin. Növbəti disput BDU Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrası nümayəndəsinin məruzəsi ilə 2022-ci ilin fevral ayına planlaşdırılmışdır.
|