Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Azərbaycanşünaslıq Mərkəzi ilə birgə tədbir
18 Mart 2025 21:17

Şərqşünaslıq fakültəsinin Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Azərbaycanşünaslıq Mərkəzi ilə birgə tədbiri keçirilib.
18 mart 2025-ci tarixində Şərqşünaslıq fakültəsinin kollektivi ilə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Azərbaycanşünaslıq Mərkəzinin müəllim və tələbə heyətinin "Novruz bayramı" münasibətilə onlayn tədbiri keçirilib. Tədbirdə fakültə dekanı, Azərbaycanşünaslıq Mərkəzinin direktoru, dekan müavinləri və tələbələr iştirak ediblər. Dekan Aydan Xəndan çıxış edərək, Özbəkistanlı müəllim və tələbə heyətini salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə öz təbriklərini ünvanlayıb. Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Azərbaycanşünaslıq Mərkəzinin müdiri Mehriban Xuduyeva Şərqşünaslıq fakültəsindən qatılan tələbə və müəllim heyətini salamlayıb və mərkəzin tələbələri tərəfindən hazırlanan bayram çıxışları təqdim olunub. Özbəkistanlı tələbələr Novruz bayramı barədə məlumat verib, şeirlər səsləndiriblər. Şərqşünaslıq fakültəsindən tələbə Novruz barədə qısa məlumat verdikdən sonra, poeziya nümunəsi ilə çıxış edib. Dekan müavinləri öz təbriklərini çatdırıblar. Görüş çıxışlarla davam edib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36