Dahi Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalamışdır
20 Dekabr 2025 16:54

Azərbaycan Respublikasının prezidenti 4 aprel 2025-ci il tarixində dahi Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalamışdır. Bu sərəncamı rəhbər tutaraq yubiley ilinə töhfə kimi BDU Şərqşünaslıq fakültəsi, BDU Elmi Kitabxanası və Azərbaycan Milli İnkişafı Naminə İctimai Birliyinin birgə əməkdaşlığı ilə "Şərq ülkəri" adlı ədəbi məclis təsis edilmişdir. Bu təşəbbüs Şamaxıda "Beytüs-Səfa" adlı ədəbi məclisin sədri olmuş Seyid Əzim Şirvaninin maarifçilik və gənc ədiblərin yetişdirilməsi fəaliyyətinin davam etdirilməsinə xidmət edir.
Layihənin əsas hədəfləri nəzm və nəsr əsərləri yaratmaq istedadına malik universitet tələbələrinin bədii yaradıcılığının inkişafı, yeni ədəbi imzaların ictimaiyyətə təqdim edilməsi, poetik və filoloji tərcümə qabiliyyətlərinin kamilləşdirilməsi, divan ədəbiyyatı rəmzlərini anlama üsullarının öyrədilməsi və ümumən gənclər arasında klassik ədəbi irsimizə marağın artırılmasıdır.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36