Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da
24 Oktyabr 2023 19:35

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olublar.
Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin vitse-prezidenti Jou Feinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Nümayəndə heyəti ilə görüş zamanı BDU-nun rektoru Elçin Babayev qonaqlara Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, iki universitet arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Rektor həmçinin BDU ilə Anhui Universiteti arasında bakalavriatura səviyyəsində Şərqşünaslıq fakültəsinə ixtisaslarından "Çin filologiyası" ixtisası üzrə ikili diplom proqramının yaxın zamanlarda imzalanması və gələcəkdə bu proqramın üçlü diplom proqramına çevrilməsi imkanları haqqında danışıb. Elçin Babayev ortaq mədəni tədbirlərin, forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib.
Nümayəndə heyəti Şərqşünaslıq fakültəsində olublar. Fakültə dekanı Aydan Xəndan qonaqları qəbul edərək, fakültə və Çin üzrə regionşünaslıq ixtisası barədə məlumat verib, fakültədə dərslərə nəzər yetirilib və əməkdaşlığın perspektivləri barədə danışılıb.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58