Türk filologiyası kafedrasının müəlliminin dissertasiyasının ilkin müzakirəsi keçirilib
Türk filologiyası kafedrasının baş müəllimi, kafedranın doktorantı Əbdürrəhimova Mehriban Lətif qızının “Türk və Azərbaycan dillərində hərbi terminlərin struktur-semantik təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirə kafedra əməkdaşlarından kafedra müdiri, f.e.d.prof. R.Rüstəmov, f.e.d. prof. Ə.Rəsulov, f.e.d.prof. J.Əliyeva, f.e.d. dos. K.Əhmədova, f.ü.f.d. dos. A.Xəndan, f.ü.f.d. dos. N.İsmayılzadə, f.ü.f.d. dos. A.İbrahimova, f.ü.f.d.dos. A.Qasımova, f.ü.f.d. dos. A.Yunusov, f.ü.f.d. B.Hacıyeva, f.ü.f.d. Ə.Quliyeva, f.ü.f.d. N.Məmmədova, f.ü.f.d. L.Vaqif qızı, f.ü.f.d. G.İmanova, f.ü.f.d. H.Məmmədova, f.ü.f.d. A.Rüstəmova, f.ü.f.d. A.Q.Alxanovanın iştirakı ilə həm oflayn qaydada, həm də Teams proqramı üzərindən onlayn qaydada keçirilmişdir. Tədbirə sədrlik edən f.ü.f.d.dos. N.İsmayılzadə əvvəlcə iddiaçıya çıxış üçün söz vermiş, iddiaçı mövzu haqqında ətraflı məlumat vermiş, elmi rəhbər f.e.d. professor R.Rüstəmov, rəyçilər f.e.d. dos. K.Əhmədova, f.ü.f.d. B.Hacıyeva öz müsbət fikirlərini söyləmişlər. Sonra iddiaçı mövzu ilə bağlı verilən sualları ətraflı şəkildə cavablandırmışdır. Yüksək səviyyədə keçən müzakirədə kafedra əməkdaşları iddiaçıya arzu və tövsiyyələrini bildirmişlər və yekdilliklə qəbul edilmiş qərara əsasən dissertasiya işi AAK-ın tələblərinə tam uyğun olduğu üçün növbəti seminara və müdafiəyə buraxılmağa məsləhət görülmüşdür.
|