“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

25 fevral 2026-cı il tarixində Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Azərbaycan Milli Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ” mövzusunda Elmi Konfransda iştirak etmişdir.
İlk olaraq Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları və iştirakçıları salamlayaraq konfransı açıq elan edib, tədbirin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq baş tutduğunu qeyd edib. Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, tarixə qısa ekskurs etsək, o dövrün hərc-mərcliyində ziyalılar türk dünyasının dörd bir tərəfindən gələrək bir həftə ərzində ən əhəmiyyətli məsələləri həll etməyə çalışdıqlarını, onların irəli sürdükləri təkliflərin və müzakirə etdikləri məsələlərin sovetlər ittifaqının geniş ərazisində səpələnmiş türkdilli xalqların milli oyanışında və mənəvi inkişafında böyük rol oynadığını vurğulamışdır. Konfransda həmçinin Milli Məclisin üzvü, professor Günay Əfəndiyeva, Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri, professor Vilayət Quliyev, Milli Məclisin komitə sədrinin müavini, professor Jalə Əliyeva, Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA-nın Əlyazmalar institutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, fil.ü.f.d. Azər Turan Birinci Türkoloji Qurultayın tarixi, elmi əhəmiyyəti, iclasları haqqında danışıblar, qurultayın bütün aspektləri ilə öyrənilməli olduğunu, bu mövzuda çox ciddi və elmi konseptual əsərlər ortaya qoyulmalı olduğunu diqqətə çatdırıblar.