Birinci kurs tələbələri ilə görüş
14 Sentyabr 2024 08:40
Şərqşünaslıq fakültəsinə daxil olan birinci kurs tələbələri ilə görüş keçirilib.
13 sentyabr tarixində Şərqşünaslıq fakültəsinə daxil olan tələbələrlə fakültə rəhbərliyinin görüşü keçirilib. Görüşdə fakültə dekanı, müavinlər və birinci kursa təyin edilmiş tyutor (akademik məsləhətçi) iştirak ediblər. Birinci kursları fakültə dekanı, dos. Aydan Xəndan salamlayıb, onları tələbə adı qazanmaları və şərqşünaslıq ailəsinin bir üzvü olmaları münasibətilə təbrik edib. Dekan, birinci kursların əlamətdar tarixdə - universitetin 105 illik yubileyi ərəfəsində tələbə adını qazandıqları, klassik və öz ənənələri ilə zəngin fakültəyə daxil olduqlarını xüsusən qeyd edib. Sonra, fakültənin tarixi, tələbə və müəllim kontingenti barədə zəruri məlumatları, habelə ixtisasların xüsusiyyətlərini, mövcud əlaqələr və perspektivləri, dərsin təşkili və akademik heyət barədə digər məlumatları müfəssəl şəkildə qeyd edib.
Tələbələr fakültənin tarixi, dünəni və bu günü barədə videoçarxa tamaşa etdikdən sonra, tədris işləri üzrə dekan müavini, dos. Tərlan Məlikov tədris prosesi ilə bağlı çıxış edib. Tələbələrə dərs prosesi, tədrislə bağlı terminlərin izahı, qiymətləndirmə, davamiyyət, təqaüd, imtahan, fənn seçimi barədə geniş məlumat təqdim edilib. Qrup nümayəndələri təyin edildikdən sonra, suallar cavablandırılıb.
Elmi işlər üzrə dekan müavini, dos. Nigar İsmayılzadə fakültə elmi mühiti, xüsusilə Tələbə Elmi Cəmiyyətinin fəaliyyət və funksiyaları barədə məlumat verib. Elmi fəaliyyətin təşviqi məqsədilə tələbələrin TEC-də təmsil olunmasının gələcək şərqşünas-alimlərin formalaşmasında əhəmiyyətli addım olduğu qeyd olunub. Magistratura və doktorantura pillələri, habelə birinci kursa daxil olan magistrantların nəzərinə lazımı məqamlar çatdırılıb.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli universitet və fakültə sosial həyatı ilə bağlı geniş məlumat verib. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, idman fəaliyyəti, tədbirlərdə iştirak, ziyarət və ekskursiyaların təşkil olunması, fakültə tələbə təşkilatlarının fəaliyyət prinsipləri, tələbələrə verə biləcəyi faydalar, tələbələrin vəzifələri, daxili nizam-intizam qaydaları, baş verəcək problemlərin həlli yolları, tələbə və müəllim münasibətlərinin nizamlanması, universitet tələbə həyatına inteqrasiya ilə bağlı bütün məsələlər diqqətə çatdırılıb.
Fakültə dekanı digər məsələlər barədə əlavələr edib. Suallar cavablandırıldıqdan sonra görüş yekunlaşdırılıb. Tələbələr fakültənin yerləşdiyi mərtəbələrlə tanış olublar.
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54