“Beynəlxalq Ana Dili Günü”

Şərqşünaslıq fakültəsində “BDU könüllüləri” təşkilatının fakültə könüllülərinin təşəbbüsü ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Beynəlxalq Ana Dili Gününün təsis olunması ilə bağlı tarixə nəzər salaraq həmin günün əhəmiyyətini vurğulamış, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ana dili siyasətindən bəhs etmiş, dilin inkişafı ilə bağlı islahatların Azərbaycan Respublikasının presidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dilə gətirmişdir. Tədbirin moderatoru Reqionşünaslıq ixtisasının I kurs tələbəsi Şərqşünaslıq fakültəsində tədris olunan dillər və regionlar haqqında məlumat vermişdir. Daha sonra açıq sessiya tipli oyun keçirilmişdir. Tələbələr öz ixtisaslarına uyğun dillərdə “Ana dili”nə həsr olunmuş fikirlərini ifadə etmişlər və iştirakçılar həmin dilin hansı regiona aid olduğunu təxmin etmişlər. Tədbirin sonunda elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə tələbələrin bu təşəbbüsünü qiymətləndirmiş və gələcəkdə də ana dilini yaşatmaq və inkişaf etdirmək üçün tövsiyələrini bildirmişdir.