BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub
6 Oktyabr 2024 06:39

BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub.
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2024-cü il 6 oktyabr tarixində BDU-nun bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidi, İlahiyyat fakültəsinin məzunu Vüqar Məmmədovun anım günündə məzarını ziyarət edilib. Ziyarətdə BDU-nun Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli, THİK sədri Zöhrab Cavadzadə, Təşkilatın fəal üzvləri və fakültənin tələbələri iştirak edib.
Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. Sonra Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində iştirak edərək, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə fədakarlıq və igidlik nümunəsi göstərib. Vüqar Məmmədov Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36